Premyer Liqanın X turunda “Rəvan” səfərdə “Neftçi”yə 2:1 hesabı ilə məğlub olub.
Korner.az-ın məlumatına görə, “sarı qırmızlı”ların yeganə qolunu argentinalı Xuan Manuel Varea vurub.
Futbolçu cari mövsümdə ilk qolunu vurmaqla yanaşı, 878 dəqiqəlik qolsuzluq seriyasına da son qoyub. O, son qolunu ötən mövsümün sonunda “Sumqayıt”la qarşılaşmada vurmuşdu.
