"Rəvan” futbol klubunun qış "transfer pəncərəsi”nin son günündə heyətinə qatdığı Mindauqas Kalonas debüt matçındaca fərqlənməyə imkan tapdı.
Korner.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, özü də litvalı yarımmüdafiəçi meydana çıxdıqdan bir neçə saniyə sonra, topa ilk toxunuşundaca adını tabloya yazdırdı. Təbii ki, belədə Kalonas Litvada da diqqətdən kənar qalmayıb.
Adıçəkilən ölkənin bir sıra idman saytları Mindauqasın uğuruna xüsusi yer ayırıb. Onlar təxminən 2 həftə sonra 29 yaşı tamam olacaq futbolçunun möhtəşəm debütünü qabardıb. Məsələn, "15min.lt” portalı "Əla debüt” sərlövhəli yazıda Kalonasın hələ əvvəkli formasını yığmadığını, ancaq meydanda olduğu 20 dəqiqə ərzindı normal oynadığını yazıb. Litvalı jurnalıstlər məhz onun qolundan sonra "Turan”ın təslim olduğunu da vurğulayıb.
"efutbolas.lt” saytında isə 28 yaşlı futbolçunun komandasının məğlubiyyət seriyasına son qoyduğu bildirilib. Qeyd edilib ki, Kalonas formaya düşəndən sonra komandasına daha çox xeyir verəcək.