“Rəvan” klubu yeni mövsümə hazırlıqlarını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda şənbə günü “Qaradağ Lökbatan”la oynadıqdan (1:1) sonra futbolçulara 1 günlük istorahət verilmişdi.
Bu gün bərpaedici məşq olub. Günün tək məşqi “Bayıl Arena”sında keçirilib. Baş məşqçi Ramil Əliyev komandasının əsasən toplu çalışmalar üzərində işləməsini məqsədəuyğun saydığından təxminən saat yarım davam edən hazırlıq praktiki olaraq topla olub.
“Rəvan” sabahdan intensiv məşq qrafikinə keçəcək. Gündə 2 dəfə hazırlıq keçəcək komanda həftəsonu növbəti yoxlama oyununu keçirəcək. İyulun 13-də baş tutacaq görüşdə rəqib AZAL olacaq. “Bayıl Arena”da oynanılacaq matçın başlama saatı hələ dəqiqləşməyib.
