“Rəvan”ın 2012-2013-cü il mövsümü üçün hazırlıq planı müəyyənləşib. Korner.az-ın məlumatına görə, iyun ayının 20-də paytaxt klubunun üzvləri hazırlıq planı üzrə ilk toplanışa yığışacaq.
Hazırlıq proqramı ilk öncə iyunun 20 və 21-də keçiriləcək tibbi müayinə ilə başlanacaq. İyunun 23-dən isə gün ərzində iki dəfə məşq keçirmək şərti ilə, fəal məşq proqramına start veriləcək. İlk mərhələdə bütün məşqlərin Bakıda keçirilməsi nəzərdə tutulub. Ümumi hazırlıq proqramı əsasında komanda iyunun 28-dən iyulun 7-dək Salyanda təlim-məşq toplanışında iştrak edəcək. Səfər zamanı komanda məşqlərdən əlavə üç yoldaşlıq oyunu da keçirəcək. Bakıda məşqləri davam etdirəcək komanda iyul ayının 17-də Sloveniyaya təlim-məşq toplanışına yola düşəcək. İyul ayının 27-nə kimi davam edəcək toplanış zamanı üç yoldaşlıq oyununun keçirilməsi planlaşdırılır.
