Topaz Premyer Liqasının 6-cı turundakı “Rəvan” “Qarabağ” oyunu “Rəvan”ın baş məşqçisi Vladislav Qədirov üçün əlamətdar olub.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, məşqçinin peşəkar kariyerası ərzində 100-cü matçı olub.
42 yaşlı mütəxəssis bu görüşlər ərzində 44 dəfə qələbə qazanıb. 39 görüşdə məğlub olan Qədirov 17 dəfə də heç heçəyə nail olub.
