Əvəzedicilərin çempionatında fasilədən sonrakı ilk matçında "Turan”ı darmadağın edən (5:1) "Rəvan”ın baş məşqçisi Elşad Quliyev yetirmələrinin çıxışından razı qalıb.
Korner.az-ın məlumatına görə, gənc mütəxəssis klubun rəsmi saytına açıqlamasında bunları deyib: "Uşaqlar verdiyim bütün tapşırıqları yerinə yetirdi. n baş məşqçisi darmadağına şərh verdiBir-iki xırda səhvi nəzərə almasaq, ideal çıxış etdiyimizi deyə bilərəm. Qırmızı vərəqəyə baxmayaraq rəqibi tam üstələdik. Bunda fasilə zamanı keçdiyimiz hazırlığın da böyük təsiri var. Komanda tədricən daha da yaxşı oynayacaq”.