Topaz Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilmiş “Kəpəz” – “Rəvan” matçından sonra komandaların baş məşqçiləri matçla bağlı fikirlərini bildiriblər.
Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Oyun öncəsi heyətdə itkilərimiz var idi. Əsasən gənc futbolçulara şans verdik. Ümumi oyundan razıyam. Soyunub-geyinmə otağında boş-boş danışan komanda üzvlərinin də oyununu gördük. Belə oyunlar komandanın gələcək mövsüm üçün heyətinin müəyyən edilməsi üçün önəmli rol oynayır. Gənc oyunçulardan 1997-ci il təvəllüdlü Anar Həsənovun oyunundan razı qaldım”.
Mahmud Qurbanov, “Kəpəz” klubunun baş məşqçisi: “Qələbə hər zaman xoşdur. Baxmayaraq ki, Premyer Liqanı bu mövsüm tərk edəcəyik, hər oyuna qələbə əzmi ilə çıxırıq”.
