AZAL-la oyunda zədələnərək sıradan çıxan “Rəvan”ın futbolçusu Şəhriyar Rəhimov artıq məşqlərə başlayıb.
Korner.az-a bu barədə futbolçu özü məlumat verib.
Premyer Liqada sona iki tur qalmış mövsümü başa vuran Rəhimovun dizində su yığılması nəticəsində futbolçu son turlarda komandasına kömək edə bilməmişdi. Artıq Rəhimov fərdi məşqlərə başlayıb. Futbolçu “Rəvan”ın ayın 24-nə planlaşdırılan təlim-məşq toplantısına da qoşulması klubun baş məşqçisi Ramil Əliyevi sevindirən məqamlardandı.
Qeyd edək ki, Ş.Rəhimov “Rəvan”la 2 illik müqavilə imzalayıb.