“Sumqayıt” yeni futbolçu ilə güclənib.
Korner.az-ın məlumatına görə, sumqayıtlılar “Rəvan”da çıxış edən qapıçı Tərlan Əhmədlini heyətə qatıblar.
21.11.1994-cü il təvəllüdlü qolkiper yeni klubu ilə 1,5 illik müqavilə imzalayıb. Tərlan “Sumqayıt”da üçüncü qapıçı kimi çıxış edəcək.
