Vladislav Qədirovun “Rəvan”dan göndərilməsindən sonra vakant yerə milli komandamızın sabiq çalışdırıcısı Şahin Diniyevlə danışıqlara başlanıldığı barədə məlumat vermişdik.
Klubun mətbuat katibi Elvin Yaqubov Korner.az-a açıqlamasında xəbəri nə təsdiq, nə də təkzib edib:
“Yeni baş məşqçinin kimliyi məsələsi hələ yekunlaşmayıb. Rəhbərlik bir neçə namizəd üzərində götür-qoy edir. Hər halda yaxın 2-3 gün ərzində bu məsələ həllini tapmalıdır”.