Bakıda hazırlıqlarını davam etdirən “Rəvan” dünən növbəti yoxlama matçını keçirib.
Korner.az-ın məlumatına görə, “sürücülər”in rəqibi Azərbaycan kubokunda qarşılaşdığı “Neftçala” klubu olub.“Bayıl Arena”da keçirilən görüşün ilk 45 dəqiqəsində tərəflərdən heç biri fərqlənə bilməyib. İlk yarının sonlarında hakimin təyin etdiyi penalti nəticəsində reallaşan qolla hesabda geri düşən “Rəvan” matçın sonuna 10 dəqiqə qalmış bərabərlik qolunu vurub.
Qeyd edək ki, komandada baxışda olan Ramazan Abbasov künc zərbəsindən sonra müdafiəçilərin ilk cəhddə uzaqlaşdırdığı topu cərimə meydançası xətti üzərindən güclü zərbəylə rəqib toruna göndərib.