“Rəvan”dan ayrılan Sebastian Kastro-Tellonun yeni iş yeri müəyyənləşib.
Korner.az-ın məlumatına görə, vətəni İsveçə dönən futbolçu Superettan adlanan I divizionda çıxış edən “Deqerfors”la müqavilə imzalayıb.
Qeyd edək ki, 26 yaşlı Sebastian yayda İsveçin “Hammarbü” klubundan “Rəvan”a keçmişdi. Ölkəmizdə 9 oyun keçirib 704 dəqiqə oynayan və 2 qola imza atan futbolçu qış fasiləsindən daha əvvəl komandanı tərka etmişdi.
