“Rəvan”ın U-19 komandasında baş məşqçi dəyişikliyi reallaşıb.
Korner.az-ın məlumatına görə, ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək kollektiv Zamin Əsədullayevə həvalə olunub.
U-19-un əvvəlki çalışdırıcısı Anar Vəliyev isə “Rəvan” PFK-nın əvəzedicilərdən ibarət komandasına rəhbərlik edəcək.
UEFA-nın “A” kateqoriyalı lisenziyasına malik Z.Əsədullayevin sonuncu iş yeri AZAL-ın U-19 komandası olub. 36 yaxşı mütəxəssis daha öncə Azərbaycanın qızlardan ibarət U-17 və U-19 milli komandalarında baş məşqçi vəzifəsində çalışıb.
