Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq “Rəvan” hazırlıqlara start verib.
Korner.az xəbər verir ki, “sarı-qırmızılar” dünən axşam saatlarında “Bayıl Arena”da toplanıblar.
Məşqdə Emin Quliyevin rəhbərlik etdiyi məşqçilər korpusu baxışa gələn futbolçuları ikitərəfli oyunda sınayıblar.
Baxışa gələn futbolçular bu günkü r məşqdə də gənc mütəxəssisin etimadını qazanmağa çalışacaqlar. Seleksiya xarakterli toplanış komanda komplektləşənə qədər davam edəcək.
