"Rəvan" daha bir futbolçu ilə yollarını ayırıb. Bu barədə Korner.az-a klubun mətbuat xidmətindən məlumat verilib. Cevat Gülərin istefaya göndərilməsindən sonra komandanın sükanı arxasına keçən Bəhmən Həsənov mövsümün əvvəlində komandaya cəlb olunan Sallieu Bundunu komanda da görmək istəmədiyini bildirib.
Məlumatda bildirilir ki, syerra-leoneli hücumçunun məşqlərdə passiv iştirakı onun getməsinə səbəb olub. Artıq Bundu bu gündən trasferə çıxarılıb.