İlin son oyununda “Simurq”u qəbul edəcək “Rəvan” meydana tam heyətdə çıxmayacaq.
Korner.az-ın məlumatına görə, baş məşqçi Şahin Diniyev iki yetirməsinin xidmətindən yararlana bilməyəcək.
Ötən tur zədə alan Aqil Nəbiyev üçün il başa çatıb. Kristian Torresin də zədəsi sağalmayıb argentinalı ilin son oyununu kənardan izləməli olacaq.
