"Rəvan"a baş məşqçi təyin olunan Şahin Diniyev artıq komandada dəyişikliklərə başlayıb.
Korner.az-ın məlumatına görə, Diniyev əvəzedici heyətdən iki futbolçunu əsas komandaya dəvət edib.
Bu futbolçular dayaq yarımmüdafiəçisi Yamin Ağakərimzadə və sol cinah müdafiəçisi Samir Əhmədovdur. Hər iki futbolçu komandanın axşam məşqində içtirak edib.
