Bakının “Rəvan” futbol klubunun baş məşqçisi Kemal Alispahiç istefaya göndərilib.
Bu barədə Korner.az-a açıqlamasında klubun vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib.
B.Şirəliyev Alispahiçin göndərilməsinə əsas səbəb kimi “Simurq”la oyunda legioner limitinin pozulmasıdır.
Artıq bakılıların yeni baş məşqçisi də, məlumdu. Bu, Ramil Əliyevdir. Əliyevlə 1 illik müqavilə bağlanılıb. O, yeni təyinatadək köməkçi-məşqçi kimi çalışıb.
