“Rəvan” klubunun 3 futbolçusu cəzalı duruma düşüb.
Korner.az-ın məlumatına görə, dünən “Xəzər Lənkəran”a qarşı keçirilən oyunda sarı vərəqə alan Novruz Məmmədov, Julio Sezar və Oke Premyer Liqanın 26-cı turunda “Simurq”a qarşı keçiriləcək oyunu kənardan izləyəcəklər.
Qeyd edək ki, Julio və Novruz müdafiənin aparıcı simalarıdır. Oke isə hücumda öz fəallığı ilə seçilən futbolçudur.
