“Neftçi”nin futbolçusu Karlos Kardoso zədələnib.
Korner.az-ın məlumatına görə, braziliyalı futbolçu “Rəvan”la oyunun sonlarında rəqib həmyerlisi Tyaqo Mirasemanın zərbəsindən sonra zədə alıb.
Matç başa çatdıqdan sonra bir müddət yerdə qalan Karlos sonra axsaya-axsaya meydanı tərk edib. Onun “Qarabağ”la matçda meydana çıxıb-çıxmayacağı bilinmir.
