Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində “Sumqayıt”la qarşılaşan “Rəvan”lı futbolçulara verilən ikigünlük istirahət bitib.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, komanda üzvləri yenidən hazırlığa başlayıblar.
“Bayıl Arena”da baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşq 2 hissəyə ayrılıb. Belə ki, hazırlığın əvvəli fiziki hazırlığın yüksəldilməsinə hesablanmış təmrinlərlə olub. Ardından isə futbolçular taktiki-texniki hazırlığa keçib. Toplu çalışmalar komanda üzvləri, xüsusən də yeni transferlər arasındakı qarşılıqlı anlayışı yüksəltməyə hesablanmış formada olub. Artıq Xuan Manuel Varea da fərdi məşqlərə başlayıb.
