2015/2016 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Rəvan” hazırlıqlara start verib.
Korner.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda dünən “Bayıl Arena”da bir araya gəliblər. İlk məşq günündə Emin Quliyevin rəhbərlik etdiyi məşqçilər korpusu baxışa gələn futbolçuları ikitərəfli oyunda sınayıb. Düşərgə təşrif buyuran futbolçular bu günə təyin olunmuş bir məşqdə də məşqçilərin etimadını qazanmağa çalışacaqlar. Seleksiya xarakterli toplanış komanda komplektləşənə qədər davam edəcək. |
