Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Rəvan” “Qarabağ” ilə üz-üzə gələcək.
Korner.az-ın məlumatına görə, noyabrın 24-də Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək görüşdə “Rəvan” bu rəqibi üzərində ilk qələbəsini qazanmağa çalışacaq.
Belə ki, “Qarabağ” ilə “Rəvan” indiyə qədər 5 dəfə qarşılaşıb və bu matçların ikisində uduzan “sarı qırmızlılar” 3 halda heç-heçə edib. Maraqlıdır ki, indiyə qədər “Qarabağ”la mövsümün ilk oyununda “Rəvan” “sülh” bağlayıbsa, ikinci dueldə uduzub.
Sonda komandalar arasında ölkə çempionatında baş tutan oyunları da diqqətinizə çatdırırıq:
16.10.2011 Rəvan – Qarabağ 1:1
16.12.2011 Qarabağ – Rəvan 2:0
24.08.2012 Qarabağ – Rəvan 0:0
22.02.2013 Rəvan – Qarabağ 2:3
13.09.2013 Rəvan – Qarabağ 1:1
