Bəhmən Həsənovu istefaya göndərən “Rəvan” onun yerinə yeni baş məşqçi təyin edib. Bu, türkiyəli mütəxəssis Cevat Gülerdi.
Bu haqda Korner.az-a “Rəvan”ın vitse-prezidenti Bəhruz Şirəliyev məlumatat verib. Şirəliyev çalışdırıcı ilə 2 illik müqavilə bağladıqlarını vurğulayıb.
Qeyd edək ki, türkiyəli baş məşqçi 2007-2008 mövsmündə "Qalatasaray"ı Superliqa çempionu etməyə müvəffəq olmuşdu.
