U-12 komandaları arasında İzmirdə beynəlxalq turnir keçiriləcək.
Korner.az-ın məlumatına görə, “Altınordu”nun təşkitlatçılığı ilə keçiriləcək yarışda Azərbaycan da təmsil olunacaq.
Belə ki, turnirdə Türkiyədən “Altınordu”, “Beşiktaş”, “Qalatasaray”, “Bursaspor”, Danimarkadan “Nordsaelland” və Azərbaycandan “Rəvan”ın U-12 komandaları iştirak edəcək. Yarışın açılış mərasimi yanvarın 29-da keçiriləcək və ilk oyunda “Rəvan”la “Bursaspor” qarşılaşacaq. Bakı klubu eyni gündə “Qalatasaray” və “Beşiktaş”la da qarşılaşacaq. Turnir yanvarın 30-da başa çatacaq.
