Topaz Premyer Liqasının VII turuna sabah start veriləcək.
Korner.az-ın məlumatına görə, açılış oyununda “Qəbələ”, Bakının “Rəvan” klubunu qəbul edəcək. Qonaq komanda “Rəvan” artıq Qəbələdədir. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov məlumat verib. Yaqubov bildirib ki, komanda bu gün axşam saatlarında Qəbələdə məşq edəcək.
Qeyd edək ki, “Qəbələ” – “Rəvan” matçı sabah saat 17:00-da başlanacaq.