Topaz Premyer Liqasının XXIII turu çərçivəsində bu gün “Qəbələ” ilə səfərdə qarşılaşacaq “Rəvan” dünən oyunöncəsi son məşqini keçib.
Korner.az-ın məlumatına görə, Qəbələ şəhər stadionunun təbii örtüklü meydançasında baş tutan hazırlıq saat 16.00-da başlayıb və təxminən 1 saat davam edib.
Baş məşqçi Güvənc Kurtar yetirmələrini çox yükləməyərək onları yüngül təmrinlərlə hazırlaşdırıb. İsinmə hərəkətlərindən sonra topla müxtəlif təmrinlər həyata keçirən futbolçular taktiki-texniki hazırlığın son mərhələsini də geridə qoyub.
