I divizionun II dövrəsinə hazırlaşan “Rəvan” daha bir yoxlama oyunu keçirib.
Korner.az-ın məlumatına görə, Salyanda hazırlıq keçən Bakı klubu MOİK-lə qarşılaşıb. Matç “Rəvan”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 7-ci dəqiqədə Amil Yunanov, 56-cı dəqiqədə Əli Bağırov fərqlənib.
Qeyd edək ki, “Rəvan” bundan əvvəl 4 oyun keçirib. “Ağsu” ilə iki oyun keçirən (6:4, 1:2) Bakı klubu “Qaradağ Lökbatan” və “Şahdağ”la (4:1) qarşılaşıb.
