Topaz Premyer Liqasının XXXIII turu çərçivəsində “Xəzər Lənkəran”ın qonağı olacaq “Rəvan” hazırlıqlarını tamamlayıb.
Korner.az-ın məlumatına görə, “aslanlar” sabah saat 9:30-da Bakını tərk edəcəklər.
Heyətdə cəzalı futbolçu olmasa da, zədəlilərin durumu baş məşqçi GüvənçKurtarıqayğılandırır. Belə ki, polşalı qapıçı LukaşSapela, braziliyalı hücumçu Tyaqo da Silva və yarımmüdafiəçi Elvin Həsənəliyevin “Xəzər Lənkəran”a qarşı oynayıb-oynamayacaqları sual altındadır. Oke Akpovetanın meydana çıxmayacağı isə dəqiqdir. Zədədən əziyyət çəkən nigeriyalı hücumçu rəhbərlikdən icazə alaraq, yaşadığı Danimarkaya yollanıb. O, həftəsonu geri dönəcək.
Qeyd edək ki, mayın 2-də keçiriləcək “Xəzər Lənkəran” – “Rəvan” matçı saat 18:00-da başlayacaq.
