2013-cü ilin oktyabrında “Rəvan”ın baş məşqçisi təyin olunan Şahin Diniyev postunu tərk edib.
Korner.az-ın məlumatına görə, onu bu postda türkiyəli Güvənç Kurtar əvəz edəcək.
64 yaşlı çalışdırıcı Türkiyə mətbuatına açıqlamasında bu gün Bakıya gələcəyini və bazar ertəsi rəsmi müqaviləyə imza atacaqlarını bildirib.
Kurtarın sonuncu iş yeri Birinci Liqa təmsilçisi “Adana Dəmirspor” olub.
