Topaz Premyer Liqanın 30-cu turunda “Kəpəz”in qonağı olacaq “Rəvan” artıq bu oyun üçün hazırlıqlara başlayıb.
Korner.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bazar günü istirahət edən futbolçular bu gün yenidən bir araya gəlib. Baş məşqçi Ramil Əliyevin rəhbərliyi altında “Bayıl stadionu”nda baş tutan məşqdə gənc çalışdırıcı yetirmələrini yormayıb. Saat yarımlıq hazırlıqda toplu çalışmalar üstünlük təşkil etsə də, fiziki hazırlığa da müəyyən yer ayrılıb. Komanda sabahkı məşqlə oyuna hazırlığı yekunlaşdıracaq.
Qeyd edək ki, “Kəpəz” – “Rəvan” qarşılaşması mayın 8-i baş tutacaq.
