Premyer Liqanın 24-cü turunun oyun cədvəlində dəyişiklik edilib.
Korner.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, hər iki klubun razılığını və oyunun canlı yayımlanmasını rəhbər tutan Peşəkar Futbol Liqası “Rəvan” – “Kəpəz” matçının əvvəlcədən nəzərdə tutulduğu kimi 5 martda deyil, 6 martda keçirilməsinə qərar verib.
