Topaz Premyer Liqasında yeni mövsümün hazırlıqlarını Sloveniyada davam etdirən "Rəvan" klubu ötən gün ilk yoxlama görüşünü keçirib.
Korner.az-ın məlumatına görə, Ramil Əliyevin komandası Sloveniyanın "Aluminiy" klubu ilə qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar oyundan bərabərliklə ayrılıblar – 1:1.
Qeyd edək ki, "Rəvan" iyulun 21-də Serbiyanın "Çukariçki" klubu ilə üz-üzə gələcək.
