Topaz Premyer Liqasının 12-ci turu paytaxt derbisi ilə əlamətdar olacaq.
Korner.az-ın məlumatına görə, soon turlarda inamlı çıxışı ilə irəliləyişə nail olan “İnter” geridə qalan 11 tur ərzində ən çox – 21 qol buraxan “Rəvan”ı sınağa çəkəcək.
Paytaxt derbisinə “İnter” aşkar üstünlüklə çıxacaq. Kaxaber Sxadadzenin yetirmələri indiyədək 5 dəfə qarşılaşdığı rəqibini həmişə məğlub edib. “Rəvan”səfərdə rəqibinə qol belə vura bilməyib.
58. “İnter” (Bakı) – “Rəvan” (Bakı) +5=0-0, top fərqi 12-2