Daha bir futbolçu üçün 2013-cü il erkən başa çatıb.
Korner.az-ın məlumatına görə, “Rəvan”ın üzvü Aqil Nəbiyev ilin son turunda meydana çıxa bilməyəcək.
Buna səbəb futbolçunun zədələnməsi olub. “Xəzər Lənkəran”la oyunda meydana start heyətində çıxan Nəbiyev ilk yarıda zədələnmiş və fasilyə az qalmış Cəmşid Məhərrəmov tərəfindən əvəzlənmişdi. Həkim müayinəsindən keçən Aqilin son turun “Simurq”la matçında meydana çıxmayacağı dəqiqləşib.
