I Diviziona yeni yüksələn “Şərur” daha bir yoxlama matçı keçirəcək.
Korner.az-ın məlumatına görə, “Rəvan”la qarşılaşacaq komanda 3-cü yoxlama matçına çıxacaq.
Görüş bu gün saat 19:30-da “Bayıl Arena”da keçiriləcək.
Qeyd edək ki. “Şərur” daha öncə keçirdiyi yoxlama matçlarında “Bakı”nı 3:0, MOİK-i isə 1:0 hesabı ilə məğlub edib.
