Paytaxtın “Rəvan” klubu daha iki futbolçu ilə münasibətləri rəsmiləşdirir.
Korner.az-ın məlumatına görə, “sarı-qırmızılılar” I Divizion təmsilçisi “Neftçala”nın üzvləri – qapıçı Fuad Əhmədov və dayaq yarımmüdafiəçisi Ceyhun Cavadovla razılığa gəlib.
Hər 2 futbolçu ilə bu gün və ya sabah 2 illik müqavilə bağlanacaq.