Topaz Premyer Liqasının ilk turu çərçivəsində “Simurq”la üz-üzə gələcək “Rəvan” hazırlıqlarını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu günə komandanın 2 məşqi nəzərdə tutulmuşdu ki, onlardan birincisi trenajor-zalda reallaşıb.
Futbolçuların əzələ kütləsini artırmağa yönəlik çalışmalar təxminən 1 saat davam edib. Axşam saatlarında isə futbolçular yaşıl meydana çıxacaqlar. “Bayıl Arena”da bu dəfə taktiki-texniki hazırlıq olacaq.
