Mövsümün ikinci yarısına hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Rəvan” qardaş ölkədə olduğu 6-cı gündə ilk yoxlama oyununu keçirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Braziliya təmsilçisi “Uniao” ilə qarşılaşan komanda əzmkar qələbə qazanıb.
Qeyd edək ki, “Rəvan” növbəti yoxlama oyununu yanvarın 22-də Rumıniya 1-ci divizion təmsilçisi “Universitatya Krayova”ya qarşı keçirəcək.
Onu da vurğulayaq ki, komanda daha öncə Bakı toplanışı çərçivəsində “Sumqayıt” (0:0) və “Araz Naxçıvan”la (1:0) qarşılaşmışdı.
