Mövsümün ikinci yarısına hazırlıq çərçivəsində yanvarın
14-dən 26-na qədər Türkiyənin Antalya şəhərinə yollanacaq “Rəvan”
hazırlığın ilk hissəsini Bakıda keçəcək.
Korner.az-ın məlumatına görə, komanda bu müddətdə 2 yoxlama
görüşündə də qüvvəsini sınayacaq. Artıq görüşlərin detalları da tam dəqiqləşib.
Belə ki, komanda ilk olaraq “Sumqayıt” ilə üz-üzə
gələcək. Görüş yanvarın 10-u saat 16:00-da Mehdi Hüseynzadə adına Sumqayıt
şəhər stadionunda baş tutacaq. Bundan 2 gün sonra isə “Rəvan” “Araz
Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma isə “Bayıl
Arena”da oynanılacaq. Görüş saat 13:00-da başlayacaq.
