"Rəvan” mövsümlərarası fasilədə növbəti yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, iyulun 29-dan etibarən təlim-məşq toplanışının ikinci mərhələsinə start verən "aslanlar” AZAL klubunun əvəzedici heyəti ilə üz-üzə gəliblər. Şüvəlanda "AZAL Arena”da baş tutan görüş "Rəvan”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandanın heyətində Aslan Hüseynov, Əli Bağırov və Məmməd Quliyev fərqlənib.
