Qış hazırlığının əsas hissəsini Antalyada keçirəcək “Rəvan” qardaş ölkədə 4 yoxlama görüşündə qüvvəsini sınamaq istəyir.
Korner.az-ın məlumatına görə, baş məşqçi Şahin Diniyevin məqsədi yanvarın 5-də paytaxtda bir araya gələcək komandanı Bakıda da yoxlama görüşlərində sınamaqdı.
“Rəvan”ın yoxlama görüşlərindəki rəqiblərindən biri AZAL olacaq. Ehtimal var ki, AZAL və “Rəvan” yanvarın 12-də üz-üzə gəlsinlər. Amma matçın dəqiq tarixi hələ bəlli deyil.
