Mövsümün ikinci yarısına böyük ümidlərlə hazırlaşan
“Rəvan” Antalya toplanışını başa vurub.
Korner.az-ın məlumatına görə, komandamız bu gün Bakıya dönüb.
3-cü dövrənin ilk turu çərçivəsində “Bakı” ilə fevralın 2-də qarşılaşacaq
“aslanlar” sabahdan hazırlığın son mərhələsinə başlayacaq. Məşqlər
“Bayıl Arena”da keçiriləcək.
Qeyd edək ki, “Rəvan” qış hazırlığı çərçivəsində 4
yoxlama oyunu keçirdi. İlk oyunda “Sumqayıt” ilə heç-heçə (0:0) etdikdən
sonra bütün matçları qalib başa vurduq: “Araz Naxçıvan” (1:0),
“Uniao”, Braziliya (2:1), “Universitatya Krayova”, Rumıniya (1:0).
Xorvatiya elitasının təmsilçisi “Split”ə qarşı oyun isə əlverişsiz hava
şəraitini görə baş tutmadı.
