“Rəvan” klubunun rəhbərliyi 2012/13 mövsümü başa çatandan sonra əsas komandanın heyətinə əl gəzdirməyə başlayıb.
Korner.az-ın məlumatına görə, artıq 2 legioner futbolçu ilə yollar rəsmən ayrılıb.
Bunlar moldovalı müdafiəçi Nikolay Orlovski və syerra leoneli yarımmüdafiəçi Samuel Barlaydı.
Hər iki futbolçunun müqavilə müddəti başa çatıb və rəhbərlik onlarla əməkdaşlığın davam etməsində maraqlı olmayıb