“Lester”in hücumçusu Ceymi Vardi hazırkı klubu ilə müqaviləsinin müddətini uzadıb.
Korner.az-ın məlumatına görə, bu haqda klubun saytı məlumat yayıb. Tərəflər yeni, 4 illik müqavilə imzalayıblar.
“Ümid edirik ki, bu yeni rəsmi sənəd Ceyminin başqa kluba keçəcəyi ilə bağlı son vaxtlar yayılan söz-söhbətlərə son qoyacaq” – deyə “Lester”in saytı yazıb.
