Çempionlar Liqasının finalçısı Almaniyanın "Borussiya" klubu Fransanın "Sent Etyen" klubunun hücumçusu Pierri Emenik Aubameyanqı transfer edib.
Korner.az-ın məlumatına görə, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.
"Borussiya" qabonlu forvardla 5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 24 yaşlı forvard başa çatan Fransa çempionatında "Sent Etyen" forması altında 19 qol vuraraq, bombardilər sırasında ikinci yerdə bitirib.
