RƏSMİ: Sulşer rəsmən “Mançester Yunayted”də!
28.03.2019 , 13:23

“Mançester Yunayted” klubu Ole-Qunnar Sulşer ilə bağlı qərarını verib.
Klubun rəsmi saytına istinadən verilən xəbərə görə, “Mançester Yunayed” rəhbərliyi 46 yaşlı baş məşqçi ilə yola davam edəcək. Onunla yaxın günlərdə 3 illik yeni müqavilə imzalanacaq.
Qeyd edək ki, Ole-Qunnar Sulşer rəhbərliyi ilə “qırmızı şeytanlar” 19 görüşün 14-ündə qələbə qazanıb.
