Joze Mourinyonun gedişindən sonra boş qalmış baş məşqçi postuna axtarışları davam etdirən “Real” axtardığını tapıb.
Korner.az-ın məlumatına görə, Madrid klubu son iş yeri Fransa PSJ-si olan Karlo Ançelotti ilə anlaşıb. Təcrübəli mütəxəssis ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 54 yaşlı mütəxəssis 18 illik məşqçilik karyerasında “Redjina”, “Parma”, “Yuventus”, “Milan” (hamısı İtaliya) və “Çelsi” (İngiltərə) klublarını da çalışdırıb.