"Qalatasaray" bir futbolçusu ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, "Cim-Bom" Mehmet Batdalı bu il PTT birinci Liqasına yuvarlanan "İstanbul Böyüşəhər Bələdiyyəspor"a "satıb".
Klubun rəsmi saytında yerləşdirilən xəbərə görə, "aslan" qarşılığında İ.B.B-dən 1998-ci il təvəllüdlü İbrahim Demirbağı heyətinə qatıb.
Qeyd edək ki, bir neçə gün öncə "Qalatasaray" Sercan Yıldırımı PTT birinci liqa klublarından "Şanlıurfaspor"a icarəyə vermişdi.
