RƏSMİ: Oblak daha 4 il Madrid klubunda
17.04.2019 , 19:05

Madridin “Atletiko” klubu əsas qapıçısı Yan Oblak ilə müqavilə müddətini uzadıb.
Sözügedən klubun rəsmi saytının verdiyi xəbərə görə, sloveniyalı qolkiper ilə yeni 4 illik razılaşma əldə olunub.
Qeyd edək ki, Yan Oblak 2014-cü ildən “Atletiko” Madrid klubunun heyətində çıxış edir.
